Dekabrın 13-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Akademik Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dəstəyi, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Assosiasiyasının təşkilatçılığı ilə metastatik yoğun bağırsaq xərçənginin müalicəsinə həsr olunmuş “METAKOL – 2025” simpoziumu keçiriləcək.
Simpoziumun əsas işçi bölmələri bunlardır:
Metastatik yoğun bağırsaq xərçənginin müasir müalicə metodları
Onkoloji müalicə və yenilənmiş protokollar
Qaraciyər metastazlarının idarə olunması
Multidissiplinar qərarvermə proseslərində yeni yanaşmalar.
“METAKOL – 2025”in informasiya dəstəkçisi azmedinfo.az – Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalıdır.
Açılış mərasimi 13 dekabr 2025-ci il tarixində Akademik Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçiriləcək.
Qeyd edək ki, simpozium Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən davamlı tibbi təhsil üzrə akkreditasiyadan keçib.
Simpoziumda iştirak etmək istəyənlər qeydiyyatdan keçmək və əlavə məlumat almaq üçün bu nömrə vasitəsilə əlaqə saxlaya bilərlər: 055-677-26-29