Fevralın 28-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Assosiasiyasının təşkilatçılığı ilə kolorektal xərçənginin müalicəsinə həsr olunmuş “Kolorektal xərçəng – klinik dilemmalar və fərqli hekayələr (METAKOL–2026)” adlı elmi-praktiki konfrans olacaq.
Azmedinfo.az–ın informasiya dəstəyi ilə keçiriləcək növbəti konfrans açılış mərasimindən sonra öz işini panel iclaslarda davam etdirəcək.
Səhiyyə Nazirliyi tərəfindən davamlı tibbi təhsil üzrə akkreditasiyadan keçən tədbirin proqramı özündə kolorektal xərçəngin klinik dəyərləndirilməsi, invaziv radioloji və cərrahi müdaxilələr, ümumiyyətlə tətbiq edilən sistemik müalicə metodlarında əldə olunmuş ən son elmi-nəzəri və praktiki nailiyyətlərin müzakirəsini əks etdirir.
Qeyd edək ki, konfransın açılış mərasimi 28 fevral 2026-cı ildə Liv BonaDea Hospitalda keçiriləcək.
Konfransın işində yaxından iştirak etmək istəyənlər qeydiyyatdan keçmək və əlavə məlumat almaq üçün bu nömrə vasitəsilə əlaqə saxlaya bilərlər: 099-877-26-29
Konfransın proqramı ilə daha ətraflı buradan tanış ola bilərsiniz.