Sizi 18 aprel 2026-cı il tarixində Bakı şəhərində keçiriləcək “Qida borusu və mədə xərçəngi” mövzusunda beynəlxalq elmi-praktiki konfransa dəvət edirik.
Müasir onkologiyanın ən aktual problemlərindən olan yuxarı həzm traktı şişlərinin diaqnostikası və müalicəsinə həsr olunmuş bu mötəbər tədbir yerli və beynəlxalq mütəxəssislərin elmi təcrübə mübadiləsi üçün əsas platformadır.
Konfransın elmi proqramına daxildir:
Qida borusu və mədə xərçənginin erkən diaqnostikasında innovativ yanaşmalar;
Multidisissiplinar yanaşma (MDT) çərçivəsində müasir müalicə protokolları;
Minimal invaziv və radikal cərrahi üsulların tətbiqi;
Xarici və yerli ekspertlərin iştirakı ilə klinik halların panel müzakirələri.
Tədbir, tibbin bu sahəsindəki son nailiyyətləri mənimsəmək və peşəkar əlaqələri genişləndirmək istəyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
📍 Məkan: Holiday Inn Baku Hotel
🗓 Tarix: 18 Aprel 2026