Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin, eləcə də “Qida borusu və mədə xərçəngi” mövzusunda beynəlxalq elmi-praktiki konfransın sədri, tanınmış onkoloq Altay Əliyevin video-müraciəti adıçəkilən konfransın əhəmiyyətindən bəhs edir.
A.Əliyev rəhbərlik etdiyi Cəmiyyətin və qardaş Türkiyənin 2 elmi təşkilatı – Mədə və Qida Borusunun Cərrahiyyəsi və Onkoloji Araşdırmalar cəmiyyətlərin birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbirin proqramında yer alan mühüm elmi araşdırmalardan, mədə və qida borusunun onkoloji xəstəlikləri sahəsində müasir tibb elminin çağırışlarından danışıb.
Hörmətli həkimlər, tədqiqatçılar, gənc alimlər, tələbə və rezidentlər, hər birinizi iki ölkənin aparıcı elmi cəmiyyətlərinin təşkilatçılığı ilə 18 apreldə Bakıda – Holiday İnn Baku Hoteldə keçiriləcək beynəlxalq konfransa dəvət edirik!