AASGO

“METAKOL – 2025” simpoziumu keçiriləcək

“METAKOL – 2025” simpoziumu keçiriləcək

Dekabrın 13-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Akademik Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dəstəyi, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Assosiasiyasının təşkilatçılığı ilə metastatik yoğun bağırsaq xərçənginin müalicəsinə həsr olunmuş “METAKOL – 2025” simpoziumu keçiriləcək.

Simpoziumun əsas işçi bölmələri bunlardır:

Metastatik yoğun bağırsaq xərçənginin müasir müalicə metodları

Onkoloji müalicə və yenilənmiş protokollar

Qaraciyər metastazlarının idarə olunması

Multidissiplinar qərarvermə proseslərində yeni yanaşmalar.

“METAKOL – 2025”in informasiya dəstəkçisi azmedinfo.azAzərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalıdır.

Açılış mərasimi 13 dekabr 2025-ci il tarixində Akademik Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçiriləcək.

Qeyd edək ki, simpozium Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən davamlı tibbi təhsil üzrə akkreditasiyadan keçib.

Simpoziumda iştirak etmək istəyənlər qeydiyyatdan keçmək və əlavə məlumat almaq üçün bu nömrə vasitəsilə əlaqə saxlaya bilərlər: 055-677-26-29

SoIap-1773911332334
Türkiyəli alimin müraciəti
F3YtG-1773911263726
2 qardaş ölkənin alimləri növbəti dəfə mühüm akademik platformada görüşəcək
UNWph-1773901540405
Qida borusu və mədə xərçəngi - beynəlxalq elmi-praktiki konfrans keçiriləcək‎
bBZAb-1770877997138
METAKOL–2026 keçiriləcək
5ce5eaa0-4011-41f4-bc98-58b891528765
Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Assosiasiyasının təşkilatçılığı ilə “METAKOL – 2025” simpoziumu keçiriləcək.