AASGO

Onkologiyada süni intellektin tətbiqi müzakirə olundu - Azərbaycanlı alimlər “ASCO-2026” Forumunda

Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin İdarə Heyəti üzvləri beynəlxalq “ASCO-2026” Forumunda iştirak ediblər.

Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin İdarə Heyəti üzvləri xərçəng xəstəlikləri sahəsində apardığı mühüm tədqiqatları ilə dünyanın ən qabaqcıl beynəlxalq qurumları arasında mühüm yeri olan Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) hər il keçirilən ənənəvi forumunda iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədri, həkim onkoloq Altay Əliyev ASCO-nun üzvüdür.

5 gün davam edən “ASCO-2026” Forumu dünyanın 160-dan çox ölkəsindən olan onkoloq həkimləri, cərrahları, alim və mütəxəssisləri Çikaqo şəhərində bir araya gətirib.

“ASCO-2026” əsas diqqəti dünya miqyasında xərçəng müalicəsinin effektivliyini artırmaq üçün elmi kəşflərin klinik praktikaya çevrilməsini sürətləndirməyə yönəldib. Xüsusilə, immunoterapiya sahəsində irəliləyişlər, onkologiyada süni intellektin tətbiq edilməsi və fərdiləşdirilmiş tibbin inkişafı əsas müzakirə obyekti olub.
“Ağciyər xərçəngi: adyuvant terapiyada irəliləyişlər, hədəf terapiyanın daha erkən başlanması”, “Dövr edən şiş DNT-si, biomarkerlər və genitouriya xərçəngində həddindən artıq müalicə”, “Qan xərçəngi üçün immunoterapiya və CAR-T terapiyasında əsas tədqiqatlar” və s. kimi məruzələr Forumun diqqətçəkən mövzularından olub.

XvMU0-1781073652059
Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin İdarə Heyəti üzvləri beynəlxalq “ASCO-2026” Forumunda iştirak ediblər.
177693737158900355669e9e99b7af0f
Məşhur onkoloq danışdı: Xərçəngdən sağalma şansını artıran metod
5c1045ff-9898-4557-8d9d-496ee6993c5ajpg_1776701082-1
Onkoloq: Xərçəng cərrah üçün erkən görünsə də, onkoloq üçün gizli yayılmış proses ola bilər
v61Dd-1776863400868
Cəmiyyətin fəaliyyəti Türkiyə mediasında
azmedinfo.az_Screenshot_20260420-113059_WhatsApp_727
Onkoloq mədə xərçəngində sağalma şansını artıran innovativ metodları sadaladı
78a83d3a-e059-44a2-93fc-4d9a7c2538c3jpg_1776701081
"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans