Türkiyənin İstanbul Universitetində təhsil alan Altay Əliyev dünyanın qabaqcıl tibb mərkəzlərindən olan Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında elmi işçi vəzifəsində çalışıb.
Amerika Beynəlxalq Kliniki Onkologiya (ASCO), Avropa Beynəlxalq Tibbi Onkologiya (ESMO) cəmiyyətləri, Türk Tibbi Onkologiya Dərnəyi və s. kimi dünyanın qabaqcıl elmi birliklərinin üzvü olan alim 10-a yaxın beynəlxalq səviyyəli kliniki sınağın tədqiqatçısı olub.
Altay Əliyevin müəllifliyi ilə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan yüksək impakt faktorlu dövri elmi nəşrlərdə 70-dən çox elmi əsəri işıq üzü görüb. Həmin əsərlərə təkcə bu ilin ilk 6 ayı ərzində 180-dən çox istinad qeydə alınıb.