Skip to main content

AASGO

Maariflənmə seçimdir, erkən diaqnoz fürsətdir, həyat isə əvəzolunmazdır

Maariflənmə seçimdir, erkən diaqnoz fürsətdir, həyat isə əvəzolunmazdır

Bu günlərdə Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin İdarə Heyətinin sədri Altay Əliyevin rəhbərlik etdiyi azərbaycanlı araşdırma qrupunun hazırladıqları “Mədənin işarəli halqa hüceyrəli karsinomasında leptomeningeal metastazlar: klinik hal və ədəbiyyat icmalı” başlıqlı məqalə dünyanın ən nüfuzlu akademik nəşriyyat evi “Springer” nəşriyyatının “Mədə-bağırsaq xərçəngi” jurnalında (Journal of Gastrointestinal Cancer) çap olunub. 

Araşdırmalar göstərir ki, ölkəmiz dünyada mədə xərçənginin yüksək yayılma qurşağı (Gastric Cancer Belt) kimi tanınan coğrafi bölgədə yerləşir. Qlobal Xərçəng Rəsədxanası tərəfindən təqdim edilən son statistik məlumatlar göstərir ki, Azərbaycanda mədə xərçəngi rastgəlmə tezliyinə görə üçüncü, xərçəngə bağlı ölüm hallarına görə, isə ikinci yerdə qərarlaşır. 

Leptomeningeal metastazlı mədə xərçəngi dünya tibb ədəbiyyatında olduqca nadir rast gəlinən klinik hal kimi təsvir olunur. Xəstəlik bu günədək əsas etibarilə ayrı-ayrı klinik hal bildirişləri şəklində təqdim edilib.

Araşdırma qrupunun rəhbəri Altay Əliyevin verdiyi məlumata görə, elmi məqalə qırx üç yaşlı kişi xəstədə izlənilmiş və müalicə olunmuş, sonradan nadir rast gəlinən izolə leptomeningeal metastaz ilə proqressiya göstərən klinik haldan bəhs edir. “Mədə xərçənginin ölkəmizdə yüksək yayılma tezliyi və xüsusilə gənc yaşlarda daha aqressiv klinik gediş nümayiş etdirməsi erkən diaqnostika, maarifləndirmə və risk faktorlarının vaxtında müəyyən edilməsinin nə qədər vacib olduğunu bir daha göstərir” – deyə o, diqqətə çatdırıb.

Qeyd edək ki, bu məqaləni işıqlandıran yüksək impakt faktorlu Mədə-bağırsaq xərçəngi jurnalı “Scopus” bazasına daxildir və beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

dd95e48d-3fb8-47ee-9b60-0f25adb6f7b8-730x411-1
Azərbaycanlı alimin uğuru Türkiyə mediasında yer alıb
azmedinfo.az_6546ssx54654654_696-768x532-1
Tanınmış onkoloq Altay Əliyev "dosent" elmi adı alıb
azmedinfo.az_654654654654_696
Maariflənmə seçimdir, erkən diaqnoz fürsətdir, həyat isə əvəzolunmazdır
XvMU0-1781073652059
Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin İdarə Heyəti üzvləri beynəlxalq “ASCO-2026” Forumunda iştirak ediblər.
177693737158900355669e9e99b7af0f
Məşhur onkoloq danışdı: Xərçəngdən sağalma şansını artıran metod
5c1045ff-9898-4557-8d9d-496ee6993c5ajpg_1776701082-1
Onkoloq: Xərçəng cərrah üçün erkən görünsə də, onkoloq üçün gizli yayılmış proses ola bilər