AASGO

Neoadyuvant kimyaterapiya şişin ölçülərini azaltmaq, həmçinin cərrahiyyədə süd vəzinin qorunub saxlanmasına müvəffəq olan əməliyyatların sayını günbəgün artırmaq bacarığına görə son illərdə dünya tibbində onkoloqların ən mühüm silahına çevrilib.

Süd vəzi xərçənginin müalicəsində neoadyuvant kimyaterapiyanın əhəmiyyəti dünya alimlərinin maraq dairəsindədir

Neoadyuvant kimyaterapiya şişin ölçülərini azaltmaq, həmçinin cərrahiyyədə süd vəzinin qorunub saxlanmasına müvəffəq olan əməliyyatların sayını günbəgün artırmaq bacarığına görə son illərdə dünya tibbində onkoloqların ən mühüm silahına çevrilib. Bundan əlavə, ilkin şişin və limfa düyünlərinin sistemli müalicəyə reaksiyasını qiymətləndirməkdə bir sıra üstünlüklərə malikdir. Neoadyuvant kimyaterapiyaya yüksəksəviyyəli tam patoloji cavab süd vəzi xərçəngində ən etibarlı sağqalım proqnozlaşdırıcısıdır.

Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədri, Liv Bona Dea Hospitalın şöbə müdiri Altay Əliyevin rəhbərlik etdiyi tədqiqatçılar qrupunun apardığı elmi araşdırmaların nəticələri dünyanın ən qabaqcıl beynəlxalq xülasələndirmə bazalarında yer alan yüksək impakt faktorlu “Avrasiya tibbi tədqiqatlar jurnalı”nda işıq üzü görüb.

Azərbaycanlı alimlərin əldə etdikləri elmi yeniliklər 2016-2023-cü illərdə süd vəzi xərçənginə görə Liv Bona Dea Hospitalda müalicə alan xəstələrdə neoadjuvant kimyaterapiyadan sonra əldə edilmiş uğurlu nəticələrin elmi-klinik nəticələrə söykənir. Qeyd edək ki, sonradan cərrahiyyə əməliyyatı keçirməyən xəstələr tədqiqatdan çıxarılıb. Beləliklə, aparılan tədqiqat ümumilikdə orta yaş həddi 47 olan 151 xəstəni özündə birləşdirib. Onların yalnız 3%-də I dərəcəli şiş (n=4), 37%-də III dərəcəli şiş (n=57), böyük əksəriyyətində isə II dərəcəli şiş (60%, n=90) aşkarlanıb.

“Süd vəzi xərçənginin alt tipləri arasında neoadyuvant kimyaterapiyadan sonra patoloji cavab və sağqalma: Azərbaycandan klinik-patoloji və sağqalma göstəricilərinin təhlili” adlı məqalədə müəlliflər aparılan tədqiqatın bütün mərhələrini və informasiya bazasını hərtərəfli şərhini veriblər.

Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin mütəxəssislərindən və Liv Bona Dea Hospitalın həkimlərindən ibarət tədqiqatçı qrupunun qazandığı elmi nəticələri özündə əks etdirən adıçəkilən məqalənin tam mətnini buradan oxuya bilərsiniz.

LSqwU-1775561089726
Azərbaycan və Türkiyə mütəxəssisləri qida borusu və mədə xərçəngi mövzusunda innovativ yanaşmaları müzakirə edəcək
4qoUV-1775029396953
Akademik Cəmil Əliyev “İstiqlal” ordeni ilə təltif edilib
ChatGPT Image Mar 12, 2026, 12_54_41 PM
Kolorektal xərçəng: erkən diaqnoz həyatınızı xilas edə bilər
azmedinfo.az_WhatsApp_Image_2026-03-05_at_11.37
Onkoloq yoğun bağırsaq xərçəngindən qorunma yolları və erkən diaqnozun əhəmiyyətinə diqqət çəkdi
600A10041772452331
Onkologiya və cərrahiyyə mütəxəssisləri kolorektal xərçəngin müalicəsində müasir yanaşmalara diqqət çəkdilər
azmedinfo
BMT Ümumdünya Xərçənglə Mübarizə Günü ilə əlaqədar hesabat verib