Skip to main content

AASGO

Azərbaycan və Türkiyə mütəxəssisləri qida borusu və mədə xərçəngi mövzusunda innovativ yanaşmaları müzakirə edəcək

18 aprel 2026-cı il tarixində (saat 10:00-da) Bakı şəhərində “Qida borusu və mədə xərçəngi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

‎‎Holiday Inn Baku Hoteldə təşkil olunacaq tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Assosiasiyası, Türkiyə Radioloji Onkologiya Dərnəyi, eləcə də Mədə və Qida Borusunun Cərrahiyyəsi Dərnəyinin həmtəşkilatçılığı ilə baş tutacaq.

Azmedinfo.az səhiyyə portalının informasiya dəstəyçisi olduğu konfrans müasir onkologiyanın ən aktual problemlərindən olan yuxarı həzm traktı şişlərinin diaqnostikası və müalicəsinə həsr olunur.

Konfransın elmi proqramına daxildir:

‎Qida borusu və mədə xərçənginin erkən diaqnostikasında innovativ yanaşmalar;
‎Multidisissiplinar yanaşma (MDT) çərçivəsində müasir müalicə protokolları;
‎Minimal invaziv və radikal cərrahi üsulların tətbiqi;
‎Xarici və yerli ekspertlərin iştirakı ilə klinik halların panel müzakirələri.

‎Konfrans Səhiyyə Nazirliyinin Elmi Şurası tərəfindən davamlı tibbi təhsil üzrə akkreditasiya olunaraq 8 balla qiymətləndirilib.

dd95e48d-3fb8-47ee-9b60-0f25adb6f7b8-730x411-1
Azərbaycanlı alimin uğuru Türkiyə mediasında yer alıb
azmedinfo.az_6546ssx54654654_696-768x532-1
Tanınmış onkoloq Altay Əliyev "dosent" elmi adı alıb
azmedinfo.az_654654654654_696
Maariflənmə seçimdir, erkən diaqnoz fürsətdir, həyat isə əvəzolunmazdır
XvMU0-1781073652059
Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin İdarə Heyəti üzvləri beynəlxalq “ASCO-2026” Forumunda iştirak ediblər.
177693737158900355669e9e99b7af0f
Məşhur onkoloq danışdı: Xərçəngdən sağalma şansını artıran metod
5c1045ff-9898-4557-8d9d-496ee6993c5ajpg_1776701082-1
Onkoloq: Xərçəng cərrah üçün erkən görünsə də, onkoloq üçün gizli yayılmış proses ola bilər