AASGO

Onkoloq yoğun bağırsaq xərçəngindən qorunma yolları və erkən diaqnozun əhəmiyyətinə diqqət çəkdi

azmedinfo.az_WhatsApp_Image_2026-03-05_at_11.37.11_671

Mart ayı beynəlxalq səviyyədə Yoğun Bağırsaq Xərçəngi ilə Mübarizə Ayı kimi qeyd olunur. Bu ayın əsas məqsədi cəmiyyətin diqqətini dünyada ən çox rast gəlinən bədxassəli şişlərdən biri olan kolorektal xərçəngə yönəltmək, profilaktikanın və erkən diaqnostikanın həyati vacibliyini təbliğ etməkdir.

Bu məqsədlə onkoloq-rezident Ağadadaş Məmmədlinin xəstəliyin qarşısının alınması, həmçinin vaxtında aşkar edilməsi ilə bağlı mühüm tövsiyələrini təqdim edib.

Onkoloq bildirib ki, GLOBOCAN-nın (Global Cancer Observatory) məlumatlarına görə, dünyada hər il 1.9 milyondan çox, Azərbaycanda isə təxminən 1700-dən çox yeni yoğun bağırsaq xərçəngi halı qeydə alınır. Sevindirici hal odur ki, bu xərçəng növünü erkən mərhələdə aşkar etmək və qarşısını almaq mümkündür, çünki vaxtında qoyulan diaqnoz müalicənin effektivliyini və sağalma şansını xeyli artırır.

“Xəstəliyin yaranmasında qidalanma mühüm rol oynadığı üçün gündəlik rasionda tərəvəz, meyvə və liflə zəngin qidalar, tam taxıllı məhsullar və paxlalılar üstünlük təşkil etməli, bağırsaqların normal fəaliyyəti təmin olunmalıdır. Bunun əksinə olaraq, qırmızı ət və kolbasa, sosiska kimi emal olunmuş məhsulların, eləcə də yağlı və yüksək kalorili qidaların həddindən artıq qəbulu risk faktorlarını artırdığı üçün bu cür qidaların istifadəsi məhdudlaşdırılmalıdır”, – deyə ekspert bildirib.

Onkoloq qeyd edib ki, fiziki aktiv həyat tərzi maddələr mübadiləsini tənzimləyərək bağırsaq fəaliyyətini yaxşılaşdırır, bu səbəbdən həftədə ən azı 150 dəqiqə orta intensivlikli fiziki aktivlik, eyni zamanda siqaret və alkoqol kimi zərərli vərdişlərdən uzaq durmaq sağlamlıq üçün vacibdir.

Ekspert artıq çəki və piylənmənin riskləri artırdığını nəzərə alaraq normal bədən çəkisini qorumağın da xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

“Xəstəliyin erkən diaqnostikasında ən effektiv üsul skrininq müayinələri, xüsusilə də kolonoskopiyadır ki, bu vasitə ilə bağırsaqdakı poliplər xərçəngə çevrilmədən aşkar edilərək götürülə bilir. Adətən sağlam şəxslərə 45–50 yaşdan sonra kolonoskopiya tövsiyə olunsa da, ailə tarixçəsində bu xəstəlik olanlar müayinələrə daha erkən başlamalıdırlar. Nəcisdə qan görünməsi, uzunmüddətli qəbizlik və ya ishal, qarında ağrı, izah olunmayan çəki itkisi və qan azlığı kimi simptomlar müşahidə olunduqda mütləq həkimə müraciət edilməlidir”, – həkim vurğulayıb.

Mütəxəssis əlavə edib ki, sağlam həyat tərzi, düzgün qidalanma və müntəzəm tibbi yoxlamalar sayəsində yoğun bağırsaq xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

177693737158900355669e9e99b7af0f
Məşhur onkoloq danışdı: Xərçəngdən sağalma şansını artıran metod
5c1045ff-9898-4557-8d9d-496ee6993c5ajpg_1776701082-1
Onkoloq: Xərçəng cərrah üçün erkən görünsə də, onkoloq üçün gizli yayılmış proses ola bilər
v61Dd-1776863400868
Cəmiyyətin fəaliyyəti Türkiyə mediasında
azmedinfo.az_Screenshot_20260420-113059_WhatsApp_727
Onkoloq mədə xərçəngində sağalma şansını artıran innovativ metodları sadaladı
78a83d3a-e059-44a2-93fc-4d9a7c2538c3jpg_1776701081
"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans
LSqwU-1775561089726
Azərbaycan və Türkiyə mütəxəssisləri qida borusu və mədə xərçəngi mövzusunda innovativ yanaşmaları müzakirə edəcək