Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşa və Xankəndi şəhərlərində QHT-lərin VI “İnkişaf və Mübadilə Proqramı” keçirilib.
Bu Proqramda Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətini ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Yaqut Qasımova təmsil edib.
3 gün davam edən VI “İnkişaf və Mübadilə Proqramı”nda ölkədə fəaliyyət göstərən müxtəlif QHT-ləri təmsil edən 100-ə yaxın iştirakçı layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda bilik və bacarıqlarını artırıblar.
Proqram iştirakçıları, həmçinin Şuşa şəhərində Heyət Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində, Şuşa qalasında və Cıdır düzündə olublar.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan və Şamaxı şəhərlərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib. Beləliklə, son proqram da daxil olmaqla, indiyədək bu proqramlarda iştirak edən QHT təmsilçilərinin sayı 600 nəfərə çatıb.