AASGO

Altay Əliyev: Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin səhiyyə siyasətinin ən parlaq inikasıdır

Altay doktor - 1

Altay Əliyev: Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin səhiyyə siyasətinin ən parlaq inikasıdır

Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədri, Liv BonaDea Hospitalın şöbə müdiri Altay Əliyevin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş layihəsi çərçivəsində videomüsahibəsi yayımlanıb.

Cəmiyyətin sədri bildirib ki, “Konstitusiya və Suverenlik İli”nin noyabr ayı hər bir azərbaycanlıya ürəkləri riqqətə gətirən məğrurluq və iftixar hissələri yaşadır. 5 il bundan öncə 44 günlük Vətən müharibəsində qazandığımız qələbəyə həsr olunmuş əlamətdar bayram günləriylə başlayan bu ayda Zəfər Günü ilə bərabər Dövlət Bayrağı Gününü, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünü qeyd edirik. Böyük qürur hissi ilə yaşadığımız bu ay biz onkoloq həkimlər üçün başqa bir səbəblə də yaddaqalandır. Belə ki, noyabr ayı bütün dünyada Ağciyər Xərçəngi Maarifləndirmə Ayı kimi qeyd olunur.

Danılmaz faktdır ki, bu Ali Qanunumuz özünün 39-cu və 41-ci maddələri ilə hər bir ölkə vətəndaşına sağlam ətraf mühitdə yaşamaq, habelə sağlamlığının qorunması hüquqlarını verir.

Altay Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanan  “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunları, Onkoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu və digər rəsmi sənədlər dövlətimizin səhiyyə siyasətinin ən parlaq inikasıdır.

Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyəti ölkəmizin dayanıqlı səhiyyə siyasətini rəhbər tutaraq müasir tibb elminin çağırışları ilə səsləşən araşdırmalar aparır, habelə xərçəng xəstəliyi ilə mübarizə aparan həmvətənlərimizə dəstək olmaq, onkoloji xəstəliklərin müalicəsində həkim və tədqiqatçılarımızın əldə etdikləri nailiyyətləri beynəlxalq akademik platformalarda tanıtmaq, yüksəkixtisaslı gənc kadrların yetişməsinə davamlı töhfələr vermək naminə yorulmaz fəaliyyət göstərir.

Hər bir Azərbaycan vətəndaşını Konstitusiyanın qəbul edilməsinin 30-cu və Şanlı Zəfərin 5-ci ildönümü münasibətilə təbrik edir, onlara sağlam ətraf mühitdə sağlam həyat yaşamağı arzulayırıq.

Müsahibənin geniş videoyazısını buradan izləyə bilərsiniz

LSqwU-1775561089726
Azərbaycan və Türkiyə mütəxəssisləri qida borusu və mədə xərçəngi mövzusunda innovativ yanaşmaları müzakirə edəcək
4qoUV-1775029396953
Akademik Cəmil Əliyev “İstiqlal” ordeni ilə təltif edilib
ChatGPT Image Mar 12, 2026, 12_54_41 PM
Kolorektal xərçəng: erkən diaqnoz həyatınızı xilas edə bilər
azmedinfo.az_WhatsApp_Image_2026-03-05_at_11.37
Onkoloq yoğun bağırsaq xərçəngindən qorunma yolları və erkən diaqnozun əhəmiyyətinə diqqət çəkdi
600A10041772452331
Onkologiya və cərrahiyyə mütəxəssisləri kolorektal xərçəngin müalicəsində müasir yanaşmalara diqqət çəkdilər
azmedinfo
BMT Ümumdünya Xərçənglə Mübarizə Günü ilə əlaqədar hesabat verib