AASGO

Onkologiya və cərrahiyyə mütəxəssisləri kolorektal xərçəngin müalicəsində müasir yanaşmalara diqqət çəkdilər

600A10041772452331

Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin təşkilatçılığı ilə Liv Bona Dea Hospitalında onkologiya və cərrahiyyə sahəsinin aparıcı mütəxəssislərinin iştirakı ilə “Kolorektal xərçəng. Klinik dilemmalar və fərqli hekayələr” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Onkologiya, cərrahiyyə və radiologiya sahəsində çalışan həkim və mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə qeyd olunan sahələrdə xəstəliklərin müalicəsindəki ən son yeniliklər və mürəkkəb klinik hallar müzakirə olunub.

Konfransda məruzəçilər həm terapevtik, həm də innovativ cərrahi yanaşmalara dair təqdimatlarla çıxış ediblər.

Dr. Elvin Çələbiyev “Metastatik kolon xərçəngində klinik dəyərləndirmə və 1-ci xətt müalicə” mövzulu təqdimatında xəstəliyin erkən mərhələsində tətbiq edilən standart müalicə protokollarının və dəqiq diaqnostikanın əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.

Dr. Eldar Əhmədov “Qaraciyərin metastatik kolon xərçəngində cərrahi metodlar. Planlama, zamanlama” adlı məruzəsində qaraciyərə yayılan metastazların cərrahi yolla aradan qaldırılmasında strateji vaxt seçiminin zəruriliyi əsaslandırıb.

Cərrahiyyədə müasir texnologiyaların əhəmiyyətindən danışan Dr. Ruslan Əsədov “Metastatik kolon xərçəngində invaziv radioloji müdaxilələr” mövzulu məruzəsində az invaziv metodların xəstənin sağalma prosesinə göstərdiyi müsbət təsirləri şərh edib.

Dr. Təranə Hüseynli “Feniks- Qaraciyər” təqdimatı ilə ağır klinik hallarda qaraciyərin funksional bərpasının və müalicə uğurunun real nümunəsini nümayiş etdirib.

Konfransın növbəti hissəsində Dr. Alim Əkbərov “Metastatik kolon xərçəngində sitoreduktiv cərrahiyyə. HİPEC-in rolu” təqdimatında yüksək temperaturlu kimyaterapiyanın qarın boşluğu daxili yayılmalarda effektivliyini elmi faktlarla izah edib.

Dr. Elxan Məmmədov “Refrakter metastatik kolon xərçəngində sistemik müalicə metodları və son yeniliklər” mövzusunda ən son farmakoloji tapıntıları və alternativ terapiya imkanlarını bölüşüb.

“Soyuqqanlı cərrahın hərarətli müalicəsi” adlı təqdimatında Dr. Zöhrə Abdullazadə cərrahi əməliyyat zamanı qarşıya çıxan mürəkkəb dilemmaların peşəkar həlli yollarını izah edib.

Dr. Elmar Məmmədov “Ağciyər metastazlarında cərrahi metodlar və doğru xəstə seçimi” mövzusunda çıxış edərək uğurlu nəticənin əsas şərtinin düzgün seçilmiş xəstə və optimal cərrahi taktika olduğunu vurğulayıb.

“Kolorektal mənşəli qaraciyər metastazlarında nəyi çıxartdığın, yoxsa necə çıxartdığın önəmlidir. Anatomik və non-anatomik rezeksiyalar” mövzusunda məruzə təqdim edən Dr. Nihad Nəzərzadə bildirib ki, qaraciyər metastazlarının cərrahi müalicəsində həlledici amil yalnız rezeksiyanın həcmi deyil, onun anatomik və ya qeyri-anatomik prinsip əsasında, düzgün planlama ilə həyata keçirilməsidir.

Dr. Ağadadaş Məmmədli “Metastatik “Odisseya” mövzusunda təqdimatında metastatik prosesin idarə olunmasını uzunmüddətli, mərhələli və kompleks mübarizə yolu kimi səciyyələndirib.

Disskussiya şəraitində keçən tədbirin yekununda metastatik kolon xərçənginin müalicəsinə kompleks baxış müzakirə edilib. Həmçinin iştirakçılara sertifikatlar təqdim edilib.

177693737158900355669e9e99b7af0f
Məşhur onkoloq danışdı: Xərçəngdən sağalma şansını artıran metod
5c1045ff-9898-4557-8d9d-496ee6993c5ajpg_1776701082-1
Onkoloq: Xərçəng cərrah üçün erkən görünsə də, onkoloq üçün gizli yayılmış proses ola bilər
v61Dd-1776863400868
Cəmiyyətin fəaliyyəti Türkiyə mediasında
azmedinfo.az_Screenshot_20260420-113059_WhatsApp_727
Onkoloq mədə xərçəngində sağalma şansını artıran innovativ metodları sadaladı
78a83d3a-e059-44a2-93fc-4d9a7c2538c3jpg_1776701081
"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans
LSqwU-1775561089726
Azərbaycan və Türkiyə mütəxəssisləri qida borusu və mədə xərçəngi mövzusunda innovativ yanaşmaları müzakirə edəcək