Background
Tanınmış onkoloq Altay Əliyev "dosent" elmi adı alıb

Tanınmış onkoloq Altay Əliyev "dosent" elmi adı alıb

02 Avqust 2026, 14:39 / Mühüm hadisələr

Türkiyənin İstanbul Universitetində təhsil alan Altay Əliyev dünyanın qabaqcıl tibb mərkəzlərindən olan Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında elmi işçi vəzifəsində çalışıb.

Amerika Beynəlxalq Kliniki Onkologiya (ASCO), Avropa Beynəlxalq Tibbi Onkologiya (ESMO) cəmiyyətləri, Türk Tibbi Onkologiya Dərnəyi və s. kimi dünyanın qabaqcıl elmi birliklərinin üzvü olan alim 10-a yaxın beynəlxalq səviyyəli kliniki sınağın tədqiqatçısı olub.

Altay Əliyevin müəllifliyi ilə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan yüksək impakt faktorlu dövri elmi nəşrlərdə 70-dən çox elmi əsəri işıq üzü görüb. Həmin əsərlərə təkcə bu ilin ilk 6 ayı ərzində 180-dən çox istinad qeydə alınıb.

Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı – azmedinfo.az-ın kollektivi adından Azərbaycan tibb elmini beynəlxalq akademik qurumlarda yüksək səviyyədə tanıdan dəyərli alimi və tanınmış onkoloqu “dosent” elmi adını alması münasibətilə səmimi qəlbdən təbrik edir, ona yorulmaz elmi tədqiqat və praktiki tibbi fəaliyyətində yeni nailiyyətlər arzu edirik.