Background
Qida borusu və mədə xərçəngi - beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Qida borusu və mədə xərçəngi - beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

16 Mart 2026, 23:11

Sizi 18 aprel 2026-cı il tarixində Bakı şəhərində keçiriləcək “Qida borusu və mədə xərçəngi” mövzusunda beynəlxalq elmi-praktiki konfransa dəvət edirik.
‎Müasir onkologiyanın ən aktual problemlərindən olan yuxarı həzm traktı şişlərinin diaqnostikası və müalicəsinə həsr olunmuş bu mötəbər tədbir yerli və beynəlxalq mütəxəssislərin elmi təcrübə mübadiləsi üçün əsas platformadır.


‎Konfransın elmi proqramına daxildir:


‎Qida borusu və mədə xərçənginin erkən diaqnostikasında innovativ yanaşmalar;
‎Multidisissiplinar yanaşma (MDT) çərçivəsində müasir müalicə protokolları;
‎Minimal invaziv və radikal cərrahi üsulların tətbiqi;


‎Xarici və yerli ekspertlərin iştirakı ilə klinik halların panel müzakirələri.
‎Tədbir, tibbin bu sahəsindəki son nailiyyətləri mənimsəmək və peşəkar əlaqələri genişləndirmək istəyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

‎Məkan: Holiday Inn Baku Hotel
Tarix: 18 Aprel 2026